Sabunçuda ev və ona bitişik mağaza yanıb
12 Dekabr 2013 15:52 KriminalBakı şəhəri, Sabunçu rayonunda ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 1 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə evin yanar konstruksiyaları və evə bitişik tikilmiş ümumi sahəsi 11 kv.m olan fəaliyyət göstərməyən mağazanın lambirdən ibarət tavanı yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31