Qapı arxasında qalan 3 nəfər xilas edilib
12 Dekabr 2013 15:52 KriminalFövqəladə Hallar Haziliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində, 3 nəfər vətəndaş mənzilin giriş qapısının kilidinin nasaz olması səbəbindən bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub, beş mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilin giriş qapısını açaraq vətəndaşları çıxarıblar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31