Ağsuda maşın aşdı, iki nəfər öldü, 1 nəfər yaralandı

Ağsuda ağır yol qəzası baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 11-i saat 17 radələrində Ağsu rayonu Növcü kəndinin ərazisində baş verib.  Kürdəmir rayon sakini Faiq Məmmədov idarə etdiyi "Mitsubishi" markalı avtomobili aşırıb. Sürücü və sərnişinlərindən - həmyerlisi Hacıbala Bəkirov hadisə yerində ölüb, xəsarət almış digər sərnişini Araz Baxşıyev xəstəxanaya yerləşdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31