Bakıda maşın aşdı, sürücü içində yandı
12 Dekabr 2013 15:46 KriminalBakıda avtomobil sürücü ilə bir yerdə yanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 11-i saat 15 radələrində Səbail rayonu Bayıl qəsəbəsinin ərazisində baş verib. Bakı şəhər sakini Fuad Abbasov idarə etdiyi "Scania" markalı avtomaşını aşırıb və yanğın baş verib. Nəticədə avtomobilin yanar konstruksiyaları yanıb, yanıq xəsarəti almış sürücüyə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31