Bakıda “KAMAZ”dan meyid tapıldı

Bakıda yük maşınından meyid tapılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin  saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 11-də paytaxtın Keşlə qəsəbəsi N.Abdullayev küçəsində baş verib. Şərur rayon sakini Yusif Məmmədovun üzərində zorakılıq əlaməti görünməyən meyiti idarə etdiyi "KamAZ" markalı avtomobildə tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31