Nəsimidə idman zalı və sauna yanıb
12 Dekabr 2013 15:36 KriminalBakı şəhəri, Nəsimi rayonunda beşmərtəbəli inzibati binanın 4-cü mərtəbəsində yerləşən ümumi sahəsi 600 kv.m olan idman zalında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı 45 kv.m sauna tipli hamam otağının taxta konstruksiyadan ibarət üzlüyü və lambirdən ibarət tavanı 30 kv.m sahədə yanıb. Bina yangından mühafizə olunub.Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31