Sumqayıtdakı atışmaya görə iki maddə ilə cinayət işi başlandı
12 Dekabr 2013 13:01 KriminalDekabrın 12-nə keçən gecə Sumqayıt şəhərində baş vermiş silahlı insidentlə bağlı Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi açılıb.Hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, atışma faktı ilə bağlı Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə iş başlanılıb. Hazırda Sumqayıt şəhəri və ətrafında əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Bir neçə nəfərin yaxalandığı bildirilir.
Qeyd edək ki, Sumqayıtdakı silahlı insident radikal dini qruplaşma üzvləri arasında baş verib. Lent.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31