Axtarışda olan faşist zabiti tapılıb
16 İyul 2012 17:27 Kriminalİkinci dünya müharibəsi illərində minlərlə yəhudini ölüm düşərgələrinə göndərən faşist zabiti Lasto Çatari Macarıstanın paytaxtı Budapeştdə tapılıb. İngiltərənin "Sun" qəzetinin apardığı araşdırma nəticəsində 97 yaşlı hərbi cinayətkarın şəkilləri çəkilib, Macarıstan rəsmilərinə təqdim edilib. Hətta qəzetdə dərc olunan yazıda bildirilib ki, Lasto Çatari ilə bağlı materiallar Macarıstan baş prokurorluğuna təqdim edilib. Materiallarda qeyd olunub ki, müharibə illərində Macarıstan gizli polis təşkilatında xidmət edən Çatari həmin ölkənin Kassa vilayətindəki 15 mindən artıq yəhudinin Polşadakı ölüm düşərgələrinə göndərilməsində iştirak edib. 1948-ci ildə haqqında ölüm hökmü çıxarılan faşist zabiti ad və soyadını dəyişdirərək Kanadaya qaçıb. 1997-ci ilə qədər bu ölkədə yaşayan Çatari bir müddətdən sonra buradan da qaçıb və hazırda ölkəsi Macarıstanda yaşayır.