Dəhşət: Xaçmazda itkin düşən şəxsin parçalanmış meyiti tapıldı
12 Dekabr 2013 10:17 KriminalXaçmaz rayonunda 1 ay əvvəl itkin düşən 62 yaşlı kişinin çürümüş və heyvanlar tərəfindən parçalanmış meyiti aşkarlanıb.APA-nın şimal bürosunun verdiyi məlumata görə, onun meyiti Xudatda meşə massivində tapılıb.Xaçmaz rayonu, Xudat şəhəri, Vaqif küçəsi 24, mənzil 4-də yaşayan, 1951-ci il təvəllüdlü Ramazanov Sabir Qiyasəddin oğlu noyabrın 10-da evdən çıxıb, bir daha geri qayıtmayıb. Qohumlarının verdiyi məlumata görə, o yaddaş pozğunluğunda əziyyət çəkib.Faktla bağlı araşdırmalar davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31