Azərbaycanda narkotikalı dərman satan iki aptek ifşa olundu
11 Dekabr 2013 15:01 KriminalUcarda narkotika tərkibli dərmanlar satan iki aptek aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLASR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ucar rayon sakini Azər İsmayılovun rayon ərazisindəki ona məxsus iki aptekdə psixotrop maddələrin qanunsuz satışı ilə məşğul olması müəyyən edilib. Apteklərə baxış zamanı xeyli sayda psixotrop maddələr götürülüb. Faktla əlaqədar BMCMİ-nin İstintaq Şöbəsində cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31