Azərbaycanda bir gündə baş verən yol qəzaları nəticəsində 5 nəfər ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyə istinadən yaydığı məlumata görə, dekabrın 10-da respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 17 nəfər yaralanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31