Rusiyada qətl və adam oğurluğuna görə axtarışda olan azərbaycanlı tutulub

Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 və 126-cı maddələrilə axtarışda olan şəxs Azərbaycanda tutulub

Rusiyada axtarışda olan şəxs Azərbaycanda həbs edilib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi, Tovuz Rayon Polis Şöbəsinin və Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105 (qəsdən adam öldürmə) və 126-cı maddəsi (adam oğurluğu) ilə axtarışda olan Məhəmməd Həsənov saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31