Azərbaycan Ordusunun əsgəri vəfat edib
Səhər yuxudan ayılmayan 19 yaşlı Orxan Şirazi oğlu Alıyevin ürək çatışmazlığından dünyasını dəyişdiyi bildirilir
11 Dekabr 2013 13:04 KriminalAzərbaycan Ordusu əsgərini itirib. Hadisə cəbhə bölgəsində qeydə alınıb. Azərbaycan Ordusunun əsgəri, 19 yaşlı Orxan Şirazi oğlu Alıyev səhər yuxudan ayılmayıb. İlkin məlumata görə, əsgər ürək çatışmazlığından ölüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Qeyd edək ki, O. Alıyev Gədəbəy rayonundan həqiqi hərbi xidmətə çağırılıb. apa
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31