Saatlıda narkotik satışı ilə məşğul olan şəxslər saxlanıldı

Saatlı rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıb. Onlardan iki nəfəri barədə narkotik satışı, bir nəfəri barədə isə istifadəçi kimi həbs qətimkan tədbiri seçilib. Saatlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik alveçiləri saxlanlılıb. Onların üzərinə baxış keçirilən zaman kibrit qutusuna doldurulmuş marixuana aşkarlanıb. Araşdırma zamanı məlum olub ki, narkotik aludəçisi olan Saatlı rayon sakini Sənan Aslanov narkotik vasitəni həmyerlisi Vüqar Mehdiyevdən alıb. Əməliyyat axtarışları nəticəsində Vüqar Mehdiyev də saxlanılıb. Onun da üzərinə baxış keçirilən zaman bir qutu qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Vüqar Mehdiyev bu işlə ilk dəfə məşğul olduğunu və narkotik vasitəni Müşfiq adlı şəxsdən satış məqsədi ilə aldığını bildirib. Əməllərini etiraf edən Vüqar peşman olduğunu söyləyib. Dərhal axtarışa keçən polis əməkdaşları Saatlı rayon sakini Müşfiq Abdullayevi də ələ keçirib. Dindirilmə zamanı əməllərini etiraf edən Müşfiq narkotik vasitəni balıq tutmağa gedən zaman çöl sahədə çətənə kollarından yığdığını söyləyib. Saxlanılan hər üç şəxs cinayət məsuliyyətinə cəlb olunub. Onlardan ikisi narkotik vasitələrin dövriyyəçisi, biri isə istifadəçisi qismində tutulub.
Hazırda faktla bağlı araşdırma aparılır.  Cənub TV

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31