Qusarda qonşuların mübahisəsi qanla bitdi VIDEO
16 İyul 2012 16:44 KriminalHadisə Qusar rayonunda baş verib. Milli.Az Regional TV kanalına istinadən xəbər verib ki, iyulun 11-i gecə saat 23:00 radələrində baş verib. Qusar rayon Qalacıq kənd sakini 42 yaşlı Elman Əhmədov öz qonşusu tərəfindən bıçaqlanıb. O, ailə üzvləri tərəfindən Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Cərrahiyyə şöbəsində yaralıya qaraciyərin və diaqrafmanın kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. 3 saatlıq əməliyyatdan sonra Elman Əhmədov tibb müəssəsinin reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağırdır. Elman Əhmədovun qohumlarından aldığımız məlumata görə, hadisə şəxsi mübahisə zəminində baş verib. Elmanla qonşusu arasında əvvəl mübahisə yaranıb. Daha sonra mübahisə şiddətlənib və Elman Əhmədovun qonşusu ona 3 bıçaq zərbəsi vurub. Qusar RPŞ-dən RTV-yə verilən məlumata görə, Elman Əhmədova bıçaq xəsarəti yetirən şəxsin kimliyi artıq müəyyənləşib. Yaxın vaxtlarda o, tutularaq istintaqa cəlb olunacaq.