Penitensiar xidmətdə yanğınla bağlı rəsmi açıqlama
Ədliyyə Nazirliyi Bakıda Penitensiar xidmətin müalicə müəssisəsində baş verən dəhşətli yanğına aydınlıq gətirdi
11 Dekabr 2013 10:46 KriminalBu gün saat 03:40 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Müalicə müəssisəsinin narkologiya və terapiya korpusunda baş verən yanğınla bağlı rəsmi məlumat yayılıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətinin verdiyi məlmata görə, dərhal yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinə müvafiq məlumat verilib. Penitensiar xidmətin şəxsi heyətinə həyacan verilərək hazırlıq vəziyyətinə gətirilib və lazımi qüvvələr yanğın yerinə cəlb olunub.
Yanğın baş verən korpusda olan məhkumların təhlükəsiz yerlərə köçürülməsi təcili olaraq təmin olunub.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürmə dəstələri operativ olaraq hadisə yerinə gəlib. Əməliyyatın həyata keçirilməsinə çətinlik yaradan amillərə baxmayaraq, yanğın nəzarət altına alınib. Yanğınsöndürənlər 06:13 radələrində yanğının söndürülməsinə nail olub.
Hadisə vaxtı xəsarət alan olmayıb. Hadisənin səbəbləi aidiyyəti qurumlar tərəfindən araşdırılır. ans