Azərbaycanda "yol terroru"nda ölən uşaqların sayı 77 nəfərə çatdı

Bu ilin 11 ayı ərzində respublikada baş verən yol qəzaları zamanı 77 azyaşlı uşaq ölüb, 258-i yaralanıb. Bunu Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. Şöbə rəsinin sözlərinə görə, ölənlərin 27-si, xəsarət alanların isə 59-u 7 yaşına qədər azyaşlılar olub. Ölənlərin 50-si, xəsarət alanların 199-u isə 7-16 yaşlı uşaqlar olub.

Qeyd edək ki, Azərbaycanda 2013-cü ilin 11 ayı ərzində 2646 yol nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 1061 nəfər ölüb, 2761 nəfər yaralanıb. Trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31