“KamAZ” 43 yaşlı qadının həyatına son qoydu
11 Dekabr 2013 10:17 KriminalDekabrın 10-u saat 15 radələrində Binəqədi rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Biləcəri qəsəbəsində Bəhruz Əmirov idarə etdiyi "KamAZ" markalı yük avtomobili ilə Ağdaş rayon sakini, 1970-ci il təvəllüdlü Pərvanə Süleymanovanı vurub. 43 yaşlı qadın xəstəxanaya aparılarkən yolda ölüb.
Araşdırmalar aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31