Gəncədə dəhşətli qətl törədən qatil qadınlar həbs edildi

Gəncədə dəhşətli qətl hadisəsinin üstü açılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.  "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsi və şəhər Prokurorluğu əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 1-də Zemfira Məmmədovanı bıçaqla qətlə yetirmiş şəhər sakinləri Aysel Nəsibova və Zemfira Seyfullazadə tutulublar. A.Nəsibovanın və Z.Seyfullayevanın ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onların hadisə zamanı evdən 650 manat pul,  qızıl əşyalarını götürmələri və həmin qızıl əşyalarını Bakı şəhəri Nizami küçəsindəki zərgərlik mağazasında işləyən şəhər sakini Yaşar Nuriyevə satmaları müəyyən edilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31