Məhkumun gödəkcəsinin cibində telefon aşkar edilib

Penitensiar xidmətin və 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində saxlanılan 1975-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə həbs edilmiş, məhkum Vüqar Veys oğlu Bayramovun kamerasına və üzərinə baxış keçirilib. Baxış zamanı onun əynindəki gödəkçənin sağ cibindən daxilində "Azercell" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31