Məhkumun cibindən telefon çıxdı

Penitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1991-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.1; 120.2.2; 120.2.7; 221.3; 228.2.1; maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Samir Rəşid oğlu Osmanovun kamerasına və üzərinə baxış keçirilib. Baxış zamanı onun əynindəki şalvarın sağ cibindən daxilində "Nar" danışıq kartı olan 1(bir) ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31