Bakıda poçtu qarət edən mütəşəkkil dəstə zərərsizləşdirilib

Daxili İşlər Nazirliyi Bakıda poçtu qarət edən mütəşəkkil dəstənin zərərsizləşdirilməsi barədə məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 9-na keçən gecə Suraxanı rayonu Hövsan qəsəbəsi ərazisində baş verib. 89 saylı Poctdan pənçərədən girmək yolu ilə içərisində 1500 manat dəyərində danışıq kartları, 300 dollar, 339 manat pul və möhür olan seyf oğurlanıb. Suraxanı RPİ 30-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakinləri Məhəmməd Əsgərov, Nicat Atababayev, əvvəllər məhkum olunmuşlar Ziya Baqautdinov və Sübhan Rüstəmov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31