Bakıda "avtoş" sərnişin avtobusuna çırpıldı - VIDEO
10 Dekabr 2013 10:24 KriminalBakıda yolda sürət yarışına çıxan "avtoşlar"dan biri qəza törədib. Avtoxuliqan paytaxtda gündüz saatlarında "manevrlər" edərkən yolun qarşı tərəfinə çıxaraq bir minik avtomobilinə və sərnişin avtobusuna çırpılıb. Sürətini nizamlaya bilməyən "avtoş" sürücünün idarə etdiyi "VAZ 2107" markalı avtomobil ciddi deformasiyaya uğrayıb.
Həmin qəzanın videogörüntüsünü təqdim edərək bir daha sürücüləri yollarda diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl etməyə çağırırıq.
Qeyd edək ki, bu ilin 10 ayı ərzində Bakıda 846 yol-nəqliyyat hadisəsi baş verib. Baş verən qəzalar zamanı 284 nəfər ölüb, 846 nəfər yaralanıb. trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31