Məhbusun yatağında telefon aşkar edildi

Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1982-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 271.2.3; 177.2.1; 177.3.1; 177.3.2; 194.2.4 maddələri ilə təqsirli bilinərək həbs olunmuş şəxs Elçin Tariyel oğlu Abdullayevin əşyalarına və üzərinə baxış keçirilib. Baxış zamanı onun yataq yerindən daxilində "Cin" danışıq kartı olan 1 ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31