“İdrak” liseyində müəllimin güllələnməsi ilə bağlı silahın sahibi də cinayət məsuliyyətinə cəlb olunub
12:51 Kriminal"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı silahın sahibi də cinayət məsuliyyətinə cəlb olunub.
Bu barədə Baş Prokurorluğun "Instagram" səhifəsində yayımlanan canlı yayımda Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev məlumat verib.
O bildirib ki, cinayət işi artıq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
"Silahın sahibi ilə bağlı da cinayət təqibi aparılır. Nəticə barədə ictimaiyyətə əlavə məlumat veriləcək".
Qeyd edək ki, hadisə fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən özəl "İdrak" liseyində baş verib. Liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə məktəbə gələrək müəllimə xəsarət yetirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31