Dəm qazı bir ailəni məhv etdi
Bir gündə 5 nəfər zəhərlənib öldü
9 Dekabr 2013 14:23 KriminalBakıda bir gündə bir ailənin bütün üzvləri dəm qazından boğularaq ölüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 8-də baş verib. Bakı şəhər sakini Əvəz Məmmədov Biləcəri qəsəbəsində yaşadığı mənzilində dəm qazından boğularaq ölüb. Həmin gün Suraxanı rayon sakinləri Pərviz Rüstəmov və arvadı Raisa Yamanqulova, Sumqayıt şəhər sakini Şaban Lətifov yaşadıqları mənzillərində dəm qazından zəhərlənərək ölüb. Zaqatala rayonu Əliabad qəsəbə sakini Nurlanə Orucova da həmin gün evindən dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilmiş və orada ölüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31