Ölkəyə qanunsuz gətirilmiş dərman preparatları aşkar edilib

Daxil olmuş əməliyyat məlumatı əsasında Aksiz Gömrük İdarəsinin və DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat idarəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində ölkəyə qanunsuz yolla gətirilmiş dərman preparatları aşkar edilib. DGK-dən "Olaylar"a verilən məlumata görə, Bakı şəhəri, "Azadlıq" metrostansiyası yaxınlığında Azərbaycan Respublikasının vətəndaşı 1959-cu il təvəllüdlü, Masallı rayonu, Boradigah qəsəbə sakini Musayev Malik Mirzə oğlundan Azərbaycan Respublikasının ərazisinə qanunsuz yolla gətirilmiş 2 ədəd karton yeşikdə hər birində 10 kapsula olmaqla 4480 konvalyut (ümumi sayı 44800 kapsula) dərman preparatları aşkar edilərək götürülüb. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31