Bakıda ağır yol qəzası: ölən və xəsarət alanlar var
“Mercedes” ilə “VAZ-21011” markalı avtomobillər toqquşub
9 Dekabr 2013 12:02 KriminalBakıda iki avtomobil toqquşub, ölən və xəsarət alanlar var. Bakı şəhər Baş Polis Polis İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 8-i, saat 18:00 radələrində Pirallahı-Bakı yolunun Qala qəsəbəsi ərazisindən keçən hissəsində Abşeron rayon sakini İlham Həşimovun idarə etdiyi "Mercedes" və Bakı şəhər sakini Maarif Əhmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində Maarif Əhmədov və sərnişini Kamil Atayev xəsarətlə xəstəxanaya yerləşdirilib. Onun digər sərnişini Əsədulla Əliyev isə hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31