DƏHŞƏT: Yevlaxda ər arvadının başını daşla əzib öldürdü

Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb

Yevlax rayonunda dəhşətli qətl hadisəsi baş verib. Yevlax Rayon Prokurorluğundan verilən məlumata görə, Səmədabad kəndində kişi keçmiş həyat yoldaşını xüsusi amansızlıqla öldürüb. Belə ki, 1985-ci il təvəllüdlü Sərxan Əli oğlu Əsədov keçmiş həyat yoldaşı, 1981-ci il təvəllüdlü Esmira Həsən qızını Əsədovanın başına daşla vuraraq əzib. Qadının öldüyünə əmin olandan sonra kişi hadisə yerindən uzaqlaşıb. 
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən S.Əsədov saxlanılıb. 
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. ans

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31