“Avesta” şirkətinə basqınla bağlı yeni məlumat
8 Dekabr 2013 07:53 KriminalDekabrın 6-da Avesta" Konserninə basqın olub. Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nərimanov rayonu M. Araz küçəsində yerləşən "Avesta" konserninə girən Əlizamin və Füzuli adlı şəxslər orada xəzinədar işləyən, Vüqar Babayevi xəncərlə hədələyərək xəzinədə olan 135.000 manat pulu götürüb "İnfiniti" markalı avtomobildə qaçıblar.
Nazirliyin məlumatında qeyd olunur ki, Bakı BPİ Dövlət Yol Polisi İdarəsi, Nərimanov RPİ və Sabunçu RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmin şirkətin mühafizəçisi Füzuli Nəbiyev və Neftçala rayon sakini Əlizamin Əliyev tutulublar.
Qeyd edək ki, şirkət Hacı İbrahim Nehrəmliyə məxsusdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31