Maskalı şəxslər evə basqın etdilər YENİLƏNİB
Naməlum şəxslər 61 yaşlı kişini arvadının və gəlinin gözü qarşısında döyərək evi qarət ediblər
6 Dekabr 2013 17:08 KriminalZaqatalada evə basqın edərək ev sahibinə hədə-qorxu gəlib, pul tələb edən şəxs tutulub. Hadisəni törədən Fərman Əlicanbəy oğlu Umrayev ələ keçib. O, tanınmamaq üçün xüsusi maskadan istifadə edib. İlkin araşdırmalar məlum olub ki, Fərman Umrayev istifadə etdiyi maska və bıçağı iz azdırmaq məqsədi ilə Katex çayına atıb. Oğurlanan boyunbağı saxlanılarkən maddi sübut kimi Fərman Umrayevin üzərindən götürülüb. ans
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31