Ağdaş rayonu, Aşağı Qəsil kəndində vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 6 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, yanğın zamanı evin 1 otağının tavanı 12 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31