Evi tərk edən gəlinin qohumları ərin evini gülləbaran etdi

Gəlin 3 gün əvvəl övlad olmaması səbəbindən ailədə yaranan narazılığa görə ər evini tərk edibmiş

Ötən gecə Ağcabədi rayonu Avsar kəndində Adil Tağıyev və onun bacısı Leyla Xanəliyevanın evi silahlı basqına məruz qalıb. Ev sahibləri deyir ki, onlara hücum edən şəxslər Mirzəli və Roman adlı şəxslərdir. Onlar qapını gecə saatlarında döyüblər. Evin qapısı açılan kimi onlar atəş açmağa başlayıblar. Ev sahibləri silahlı şəxslərin içəri girməsinə imkan verməyib. Daha sonra qonşuluqdakı Adil Tağıyevin evi atəşə tutulub. Hər iki evdə ona qədər güllə gilizi tapılıb. Zərərçəkənlərin sözlərinə görə, hadisəni törədənlər gəlinləri Aytəkin Tağıyevanın qohumlarıdır. Belə ki, gəlin 3 gün əvvəl ailədəki narazılığa görə evi tərk edibmiş. Daha sonra gəlinin qohumları cehizləri apararkən onları hədələyib.
Qeyd edək ki, onlar 17 ildir ailə qurublar. Evdəki narazılıq isə övladlarının olmaması səbəbindəndir. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi isə rəsmi açıqlama yayıb. ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Ağcabədi rayonunun Avşar kənd sakini Cavid Tağıyevin həyat yoldaşı Aytəkini boşaması ilə əlaqədar dekabrın 6-da saat 02:00 radələrində onun evinə gəlmiş həyat yoldaşının qohumları Mirzəli Şirinov və Roman Atlıxanovla aralarında münaqişə baş verib.
M.Şirinov və R.Atlıxanov gedərkən C.Tağıyevlə onun qonşusu Nizami Xanəliyevin evlərinə avtomat silahdan atəş açıblar.
Ölən və xəsarət alan olmayıb, hər iki evin pəncərə şüşələri sınıb.Faktla bağlı araşdırmalara başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31