Bakıda atomobil parkı yandı

Bakıda avtomobil parkında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə,  Nizami rayonunda 5 saylı avtomobil parkının ərazisində vətəndaş tərəfindən icarəyə götürülmüş ümumi sahəsi 40 kv.m. olan anbarın içərisində elektrik dirəklərinin lampaları yanıb. Yanğından anbar mühafizə olunub. Yanğın saat 13:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31