Bakıda zəncirvari qəza, 4 avtomobil toqquşdu
16 İyul 2012 13:13 KriminalBakıda 4 avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatda bildirilir ki, Bakı şəhəri, Suraxanı rayonunda "Opel" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirərək yol kənarındakı dəmir barmaqlıqlara çırpılıb. Daha sonra "Opel"yolun hərəkət istiqamətində olan "Mercedes", "Audi", "Hundai" markalı daha 3 minik avtomobili "Opel" markalı avtomobillə zəncirvari toqquşub. Hadisə nəticəsində avtomobillər deformasiyaya uğrayıb. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə "Opel" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfəri (həmin şəxs avtomobilin sürücüsünə yardım etmək məqsədilə sükan arxasına keçib və hadisə nəticəsində xəsarət alıb) çıxarıb, ona ilkin tibbi yardım göstərərək hadisə yerinə çağrılmış Təcili Tibbi Yardım stansiyasının həkimlərinə təhvil verib. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.