Bakıda daha bir yaşayış binası yandı, 20 nəfər təxliyyə olundu
16 İyul 2012 13:12 KriminalBakının Binəqədi rayonunda daha bir yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, yanğın iyulun 15-də iki mərtəbəli kommunal tipli taxta konstruksiyalardan ibarət yaşayış binasının 2-ci mərtəbəsində başlayıb. Vətəndaşa məxsus ümumi sahəsi 80 kvadratmetr olan 3 otaqlı mənzilin 1 otağı, dəhlizin yanar konstruksiyaları 40 kv.m sahədə və binanın dam örtüyü 40 kv.m sahədə yanıb.Yanğın zamanı 20 nəfər sakin binadan təxliyyə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31