Goradildə çörək sexi yanıb

Abşeron rayonu, Goradil qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan ikimərtəbəli 4 otaqlı çörəkbişirmə sexində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən "Olaylar"a verilən məlumata görə, nəticədə sexin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 45 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. OLAYLAR

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31