Bağlı qapı arxasında qalmış uşaq xilas edilib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər azyaşlı giriş qapısının kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilə binanın damından təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə enərək daxil olublar. Mənzildə nəzarətsiz qalmış uşaq aidiyyəti üzrə təhvil verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31