FHN dərəyə düşən “Mercedes”də qalmış meyiti çıxarıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Göygöl rayonunda "Mercedes" markalı minik avtomobili dərəyə düşüb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, avtomobilin sürücüsü və 2 nəfər sərnişini müxtəlif dərəcəli xəsarətlər alıb, 1 nəfər sərnişini hadisə yerində ölüb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralıları və meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil vermiş və ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31