Kameranın döşəməsinin altından telefon və aksesuarları çıxıb

Penitensiar xidmətin və 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "OLaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1979-cu il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3; 93.1.4 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elçin Rafiq oğlu Dadaşovun kamerasına və üzərinə baxış keçirilib. Baxış zamanı kameranın taxta döşəməsinin altında betonun içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən 2 ədəd "İphone-5" markalı mobil telefon aparatları, 1 ədəd "İpad" markalı planşet, 2 ədəd qulaqcıq, 1 ədəd elektrik qidalandırıcısı, 2 ədəd "Bose" markalı qulaqcıq və 1 ədəd yaddaş kartı aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31