Məhkumun yatağında telefon aşkar edilib

Penitensiar xidmətin və 8 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "OLaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1975-ci il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 234.4.3 maddələri ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Müşfiq Şirzad oğlu Babayevin yataq yerinə və üzərinə baxış keçirilib. Baxış zamanı onun yataq yerindən yastığın altından ona məxsus 2 ədəd "Nokia-311" markalı mobil telefon aparatları və 4 ədəd "Sim" kart aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31