Diş həkiminin boğaz əməliyyatı xəstənin həyatına son qoydu
Xəstəni müayinə edən həkim boğazda şiş aşkarlayıb və onu özü əməliyyat etmək qərarına gəlib
5 Dekabr 2013 16:40 KriminalBakıda diş həkiminin etdiyi boğaz əməliyyatından xəstə dünyasını dəyişib. Xəstənin ailə üzvlərinin klinikada olan Bakı şəhər sakini 47 yaşlı Məmmədov Elçin stomatoloqa hamı kimi diş ağrısı ilə müraciət edib. Həkim onun dişini müayinə edərkən boğazında şiş aşkarlayıb və cərrahi əməliyyat lazım olduğunu bildirib. Xəstə əməliyyat üçün cərraha müraciət etdiyini bildirsə də, diş həkimi əməliyyatı elə özünün edəcəyini deyib. Uğursuz əməliyyatla xəstənin həyatına son qoyan həkim isə dindirilmək üçün prokurorluğa aparılıb. "VİP Dental" stomatoloji klinikasında baş verən ölüm faktını təsdiqləyən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, E.Məmmədovun dişində əməliyyatın aparılması üçün iynə vurulduqdan sonra pasiyentdə anafilaktik şok yaranıb və o dünyasını dəyişib. Hadisədən 6 dəqiqə sonra təcili tibbi yardım briqadası ünvana gəlsə də, xəstəni xilas etmək mümkün olmayıb. Xəstənin ölümünə anafilaktik şokun səbəb olduğu təxmin edilir. Hazırda bu məsələ Səhiyyə Nazirliyi, eyni zamanda istintaq orqanları tərəfindən araşdırılır.
A.Qədirli bildirib ki, hər bir stomatoloji kabinetdə şok əleyhinə preparat olmalıdır. SN aparacağı araşdırma zamanı bu kabinetdə şok əleyhinə preparatın olub-olmadığını öyrənəcək. ans