6 ayda 2585 hüququ, 29327 fiziki şəxs qeydiyyatdan keçib

2012-ci ilin yanvar-iyun ayları ərzində ölkədə 2585 hüquqi şəxs qeydiuatdan keçib. Onlardan 116-sı dövlət mülkiyyətinə, 2171-i xüsusi mülkiyyətə, 240-ı tam xarici investisiyalı, 57-si birgə müəssisələrə, 1-i isə bələdiyyə mülkiyyətinə aid olub. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yeni müəssisələrin 62,2 faizi Bakıda, 11,9 faizi Aran, 6,9 faizi Abşeron və 5,3 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib. Vergilər Nazirliyinin məlumatına əsasən, 2012-ci ilin yanvar-iyun aylarında 29327 fiziki şəxs qeydiyyatdan keçib. Onlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Şəki-Zaqatala, Lənkəran və Abşeron iqtisadi rayonlarında qeydiyyata alınıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31