“Teksun” yağından mobil telefon çıxdı
16 İyul 2012 11:56 KriminalPenitensiar xidmətin və Qobustan Həbsxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb. Bu barədə Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan Həbsxanasında cəza çəkən 1983-cü il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1; 128; 66.2; 67-ci maddələri ilə təqsirli bilinərək 11 il 1 ay müddətinə azaqdlıqdan məhrum edilmiş məhkum Rasim Tofiq oğlu Ağayevin yanına qısa müddətli görüşə gəlmiş qohumları Əliyev Xıdır Elşad oğlu və Səfərov Elman Elandar oğlunun gətirdiyi sovqata baxış keçirilən zaman əridilmiş yağ üçün nəzərdə tutulmuş "Teksun" dəmir qabının içərisində xüsusi üsulla hazırlanmış gizli saxlanc yerindən 2 (iki) ədəd "Nokia", 1 (bir) ədəd "Soni-Erikson" markalı mobil telefonlar, 4 (dörd) ədəd elektrik qidalandırıcı, 1 (bir) ədəd BL-5CT markalı ehtiyat batareya, 1 (bir) ədəd Nar, 1 (bir) ədəd Cin, və 1 (bir) ədəd Azərcell nömrələri aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.