Bakıda marşrut avtobusu piyadanı öldürüb qaçdı

Bakıda marşrut avtobusu piyadanı vurub qaçıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın   nazirliyin saytına istinadən yaydığı məlumatda deyilir ki, dekabrın 4-də saat 06 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini Zemfira Əlibala qızı vurulub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Nizami RPİ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş "Daewoo" markalı avtobusun sürücüsü, Gürcüstan vətəndaşı Fəxri Rüstəmov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31