Bakıda dəm qazı iki ailənin axırına çıxdı: 5 ölü

Dekabrın 4-də Bakıda dəm qazından 5 nəfər ölüb. Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, Binəqədi rayonu ərazisində yaşayan Kamran Ələddinov, Xətai rayonunda yaşayan Sadiq Məhərrəmovun evində qızı Şahnaz və onun əri Tural Verdiyev, Novxanı bağlar yaşayış sahəsində yaşayan Musa Məmmədov və arvadı Palmira mənzillərində dəm qazından zəhərlənərək ölüb. Hər 3 faktla əlaqədar araşdırma aparılır.

Qeyd edək ki, Xətai rayonunda dəm qazından zəhərlənərək ölən T.Verdiyev və həyat yoldaşı Ş.Məhərrəmovanın 24 yaşı olub. Onlar yeni ailə qurubmuş. Lent.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31