Bakıda marşrut avtobusu mağazaya girdi, yaralılar var

Bakıda sərnişin avtobusu qəza törədib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə dekabrın 5də saat 07:20 radələrində Bakının Xəzər rayonu ərazisində baş verib. "Daewoo" markalı sərnişin avtobusu ilə "Qaz" markalı minik avtomobili toqquşub. Nəticədə sərnişin avtobusu yoldan çıxaraq yol kənarında olan ərzaq mağazasına çırpılaraq deformasiyaya uğramış, sürücüsü isə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarmış və hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüb. 

Xəzər rayon Polis İdarəsindən verilən məlumatda isə bildirilir ki, avtobus 136 saylı xətt marşrutu üzrə hərəkət edirmiş. Qəza nəticəsində 3 nəfər ağır yaralanıb. Yaralılar 43 yaşlı Rafiz Əsgər oğlu Nəcəfov, 26 yaşlı Elşən Əmirov və 22 yaşlı Hüseyn Mütəllim oğlu Əliyev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31