Saxlanılan şəxsin çantasından telefon çıxdı
5 Dekabr 2013 12:09 KriminalPenitensiar xidmətin və 2 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı İstintaq təcridxanasında saxlanılan 1987-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 263.2 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Sirac Almaz oğlu Məmmədovun kamerasına və üzərinə baxış keçirilib. Baxış zamanı ona məxsus çantanın içərisindən daxilində "Nar" danışıq kartı olan 1 ədəd "Kenxinda M3" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31