Müğənni Röyanın bacısı ağır qəza keçirib
Oğlu ilə yol nəqliyyat qəzasına düşən Vüsalə Nəcəfovanın vəziyyəti ağırdır
16 İyul 2012 10:49 KriminalBu gecə Bakı - Astara yolunun Salyan rayonu ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı Rizvan Niyazovun idarə etdiyi "Mitsubishi" markalı avtomaşın qəzaya uğrayıb.Qəza nəticəsində avtomobidə olan iki nəfər sərnişin, 29 yaşlı Abşeron rayon Mehdiabad qəsəbə sakini Nəcəfova Vüsalə Yaqub qızı və onun 6 yaşlı oğlu Niyazov Fəxri Rizvan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq təcili 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıblar.Müayinə zamanı 6 yaşlı Fəxrinin vəziyyətinin normal olduğu məlum olub. Xəsarətləri ağır olan Vusalə Nəcəfova isə dərhal cərrahi müdaxilə üçün əməliyyat otağına çatdırılıb. Cərrahi müdaxilədən sonra Vusalə Nəcəfovanın həyatını xila etmək mümkün olsa da onun vəziyyəti ağır olaraq qalır.Baş verən yol nəqliyyat hadisəsinin təfərrüatları isə baş dövlət yol polis idarəsinin istintaq və təhqiqat şöbəsinin əməkdaşları tərəfindən araşdırılır.Qeyd edək ki, qəza zamanı ağır yaralanan 29 yaşlı Nəcəfova Vüsalə Yaqub qızı tanınmış müğənni Röyanın bacısıdır.