28 gün azadlıqdan məhrum edilmiş şəxsdə telefon aşkar edilib

Penitensiar xidmətin və Bakı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisədə qadağan edilmiş əşyaların aşkar olunması istiqamətində tədbirlər davam etdirilir. Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasında saxlanılan 1988-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 127.2.3 və 221.1 maddələri ilə təqsirli bilinərək 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sənan Sahib oğlu Daşdəmirovun yanına qısamüddətli görüşə gəlmiş vətəndaş Rauf Nurəddin oğlu Mehdiyevin gətirdiyi əşyalara və üzərinə baxış keçirilib. Baxış zamanı onun əynində olan qış gödəkçəsinin cibindən daxilində danışıq kartı olmayan 1 ədəd "Samsunq" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb. Fakt üzrə araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31